Şagird özünü 11-ci mərtəbədən ATDI

17:29 14.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonu, Xırdalan şəhərində 11-ci sinif şagirdi intihar edib.

 

Hafta.az-ın modern.az-a istinadən məlumatına görə, hadisə "Abşeron Gənclər Şəhərciyi"ndə qeydə alınıb.

 

Belə ki, Xırdalan şəhəri 10 saylı tam orta məktəbin 11-ci sinif şagirdi İlqar yaşadığı binanın 11-ci mərtəbəsindən özünü ataraq, həyatına son qoyub.

 

O hadisə yerində keçinib.  Ailə üzvlərinin bildirdiyinə görə, İlqarın psixoloji problemləri olub, son günlər depressiv vəziyyətdi imiş.